Azərbaycanda tikintiyə ayrılan pullar – - Məbləğ

azerbaycanda-tikintiye-ayrilan-pullar-
Oxunma sayı: 1493


“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin birinci yarısında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı yaydığı statistikada bildirilib. Əsas kapitala cəlb olunmuş vəsaitin 5296.4 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 10.7 faiz artıb. Əsaslı vəsaitin 67.9 faizi və ya 5179.3 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub, əsas kapitala yönəldilmiş vəsaitin 5.4 milyard manatını və ya 70.7 faizini daxili investisyalar təşkil edib və ötən ilki səviyyədən 2.3 faiz az, xarici investisiya 20.5 faiz yüksək olub. 

Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Altı ay ərzində 824.6 min kv.metr sahəsi olan yaşayış evləri, 2640 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilib. Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5374.8 milyon manat vəsaitin 2641.5 milyon manatından istifadə olunub.