Azərbaycanda toyda 35 nəfər zəhərləndi

azerbaycanda-toyda-35-nefer-zeherlendi
Oxunma sayı: 663

Bu gün səhər saatlarından etibarən toyda zəhərlənən 35 nəfər Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına müraciət edib. İlkin ehtimala görə, zəhərlənməyə salatlar səbəb olub. Toyda istifadə olunan qidalardan şəhər Gigiyena və Epimidologiya Mərkəzinin əməkdaşları tərəfindən analiz aparılması üçün nümunələr götürülüb.

Qeyd edək ki, məclisdə istifadə olunan salatlar evdə hazırlanıb. Mərkəzi Xəstəxananın qəbul şöbəsinin həkimləri tərəfindən müraciət edən xəstələrə yardım edilib. Analiz nümunələri götürülüb. Xəstələrin mədə-bağrsaq yolları yuyulub və evə buraxılıblar.