Azərbaycanda turizm inkişafı dünyadan 2 dəfə çoxdur

azerbaycanda-turizm-inkisafi-dunyadan-2-defe-coxdur
Oxunma sayı: 641

Nazir bildirib ki, ilk dəfə olaraq Azərbaycana gələn qonaqların sayı 2 milyonu keçib və 2 milyon 134 min nəfər təşkil edib.
"İlk dəfə olaraq mehmanxanaların sayı 500-ü ötüb. Bu gün Azərbaycanda 508 mehmanxana fəaliyyət göstərir", - Qarayev qeyd edib.

Qarayev deyib ki, bu gün Azərbaycanda turizm yalnız Bakıda deyil, regionlarda da inkişaf edib. Artıq Azərbaycanda turzim sənayesini inkişaf etdirən güclü qüvvələr formalaşır.

"Azərbaycanda keçirilən tədbirlər onu göstərir ki, ölkəmiz çoxsaylı qonaqları qarşılamağa və onlara yüksək xidmət etməyə hazır olan ölkədir. "Eurovision 2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi də turizm xidmətlərinin səviyyəsini qaldıran təkan kimi qiymətləndirilməlidir", - o bildirib.