Azərbaycanda Universitet Senatı yaradılır- - seçki keçiriləcək

azerbaycanda-universitet-senati-yaradilir-
Oxunma sayı: 1533


“Qafqazinfo”nun xəbərinə görə, bu barədə iyulun 8-də Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə qeyd olunub.

Universitetin ali idarəetmə orqanı məhz Universitet Senatı olacaq. Senat Universitetin ümumi və elmi-tədris fəaliyyətinə nəzarət edir, bu fəaliyyətlə bağlı istiqamətləri müəyyən edir.

Senatın əsas səlahiyyət dairəsinə Universitetin elm, tədris, tədqiqat və beynəlxalq fəaliyyətinin müəyyən edilməsi, strateji və illik fəaliyyət planının təsdiqi, kitabxana və informasiya texnologiyaları xidmətlərinin əsaslarının işlənib hazırlanması, adlı və məqsədli təqaüdlərin təsdiqi, tələbə-karyera hazırlığı və məzunlarla işin təşkili qaydalarının müəyyən edilməsi, elmi dərəcələrə və elmi adlara təqdimetmə, Universitetin fəxri professoru (doktoru) adının verilməsi daxildir. Senat, eyni zamanda, Rektorun və dekanların illik hesabatlarını dinləyir, Universitetin nizamnaməsinə əlavə və dəyişikliklər təklif edir.

Senatın üzvləri iki il müddətinə seçilir.

Senatın qərarlarını təsdiq edir və Qəyyumlar Şurasının məsləhətlərini həyata keçirir; işçilərlə əmək müqavilələri və digər müqavilələr bağlayır, işçilərin əməyinin ödənilməsini və onların peşəkar inkişafını təşkil edir; Universitetin inzibati-funksional idarəetmə strukturunu və ştat cədvəlini təsdiq edir, prorektorları vəzifəyə təyin edir, dekanları isə Senatın təqdimatı əsasında vəzifəyə təsdiq edir, işçilərin səlahiyyətlərini müəyyən edir, vəzifə təlimatlarını təsdiq edir;

Universitetdə təhsil pillələri, ixtisaslar və proqramlar üzrə bu Nizamnamənin 5.3-cü bəndində nəzərdə tutulmuş qərarlar Senat tərəfindən hazırlanmış və Rektor tərəfindən təsdiq edilmiş plan əsasında həyata keçirilir.

Universitetdə tədris Azərbaycan və ingilis dillərində aparılır. Universitetdə digər xarici dillərin tədrisi mümkündür. Təhsil proqramı və ya fənn üzrə tədris dili müvafiq fakültənin təqdimatı əsasında Universitetin Senatı tərəfindən müəyyən edilir.

Universitetin fəxri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi meyarlarını və qaydalarını Rektor təsdiq edir. Fəxri professor (doktor) adının verilməsi haqqında qərar Senat tərəfindən qəbul edilir.

Universitetin strukturunu Universitet Senatının təqdimatı ilə Rektor təsdiq edir. Universitetin struktur bölmələrinin və filiallarının rəhbərlərini Rektor vəzifəyə təyin edir.