Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı açıqlandı

azerbaycanda-unvanli-sosial-yardim-alan-ailelerin-sayi-aciqlandi-
Oxunma sayı: 663

“Yardım təyin olunan ailələrdən 51628-i tərkibində 3 və daha çox uşaq olan ailələr, 195-i qəyyumluq (himayəçi) təyin edilmiş ailələr, 35-i şəhid ailələri, 558-i tərkibində müharibə əlili olan ailələr, 16339-u tərkibində ümumi səbəblərdən əlil üzvü olan ailələr, 10049-u məcburi köçkün ailələri, 258-i isə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin ailələridir”.

F. Ələkbərov onu da deyib ki, ünvanlı yardımın hesablanması üçün əsas götürülən ehtiyac meyarının həddi ötən müddətdə 30 manatdan 75 manata qaldırılıb ki, bu da 2,5 dəfə artım deməkdir: “Ünvanlı dövlət sosial yardımı mexanizminin qiymətləndirilməsi və onun yoxsulluğa təsirinin öyrənilməsi məqsədilə Dünya Bankının “Pensiya və sosial təminat layihəsi” çərçivəsində ölkə üzrə 6660 ev təsərrüfatında aparılmış monitorinqin nəticələrinə görə, ünvanlı yardımların təyinatlarında ünvanlılıq prinsipinə 90 faizinə qədər əməl olunduğu müəyyən edilib və bu göstərici ünvanlı sosial yardım tətbiq edən ölkələr arasında ən yaxşı nəticələrdən biri kimi qiymətləndirilib. Ünvanlılığın səmərəliliyi sahəsində Azərbaycan MDB ölkələri arasında Ukrayna ilə 1-ci və 2-ci yerləri bölüşdürür. Bu günlərdə DB tərəfindən qeydolunan istiqamətdə yeni monitorinqə start verilib və yaxın günlərdə onun nəticələri məlum olacaq”.

Nigar Məmmədli