Azərbaycanda Uşaq Ensiklopediyası nəşr olunub

Azərbaycanda Uşaq Ensiklopediyası nəşr olunub
Oxunma sayı: 836

Təşkilatdan “Qafqazinfo”ya daxil olan məlumata görə, kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq haqqında məlumatlar toplanıb. Uşaqlar üçün ensiklopediya xarakterli bu kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. İncəsənətimizin tarixinə qızıl hərflərlə yazılmış sənət inciləri və onların müəllifləri barəsində kifayət qədər sadə və uşaq dili ilə söhbət açılmışdır. Materiallar əsasən incəsənətin aşağıdakı sahələrini əhatə etmişdir: rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət, memarlıq. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilmişdir. Kitaba daxil edilən rəngli təsvir materialları isə yazılanların əyani və dolğun qavranılmasına kömək edir. Bu səpgili çap məhsulunun ölkəmizdə uşaqlar üçün hazırlanmadığını nəzərə alsaq, kitabın əhəmiyyətini bir daha görmək mümkündür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi