““Azərbaycanda uşaq pulu verilmir” fikri doğru deyil”

““Azərbaycanda uşaq pulu verilmir” fikri doğru deyil”
Oxunma sayı: 1608

“Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada “ölkədə uşaq pulu verilmir” məntiqini qəbul etmirəm. Ona görə də ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub. Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov qeyd edib ki, “Azərbaycanda uşaq pulu verilmir” fikrini səsləndirmək doğru deyil: “Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu uşaq pulu formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi