Azərbaycanda uşaqlar niyə intihar edir?

azerbaycanda-usaqlar-niye-intihar-edir
Oxunma sayı: 647

Qadınlar arasında isə ötən il 87, bu ilin 6 ayında 33 intihar olub.
Sədr müavini bildirib ki, intihar faktlarının əsasında məişət zorakılığı zəminində yaranan psixoloji problemlər dayanır.

Sofiyeva bildirib ki, son 5 ildə ölkədə qadın və uşaqlara qarşı zorakılıqla bağlı 8139 fakt qeydə alınıb.

Ötən il məişət zorakılığı zəminində uşaqlara qarşı 87, bu ilin 6 ayında isə 19 fakt qeydə alınıb.

Ötən il qadınlara qarşı zorakılıq zəminində 4280, bu ilin birinci yarısında isə 2119 cinayət qeydə alınıb.

Məişət zorakılığı zəminində isə qadınlara qarşı ötən il 1957, bu ilin 6 ayında 820 cinayət qeydə alınıb.

Sofiyevanın sözlərinə görə, bu rəqəmlər Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun icrasında problemlərin mövcudluğundan, əhali arasında bununla bağlı maarifləndirmənin hələ də lazımi səviyyədə olmamasından xəbər verir.
Komitə rəsmisi bildirib ki, bu məqsədlə bütün ölkə ərazisində müavifiq qurumların nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilir.

Tədbirlərdə qanunun icrasında problem yaradan hallar müəyyən edilir, onların aradan qaldırılması məqsədilə müvafiq qurumların iştirakı ilə tədbirlər görülür.