Azərbaycanda uşaqların övladlığa verilmə qaydasında dəyişiklik

azerbaycanda-usaqlarin-ovladliga-verilme-qaydasinda-deyisiklik
Oxunma sayı: 646

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova açıqlama verib.

O bildirib ki, müvafiq qurumların da rəy və təklifləri nəzərə alındıqdan sonra qaydalar təsdiq olunması üçün cari ilin sonuna kimi Nazirlər Kabinetinə göndəriləcək.

Sektor müdiri qeyd edib ki, qaydalarda uşaqların övladlığa verilməsi və onların sonrakı həyat şəraiti, tərbiyəsinə nəzarətin həyata keçirilməsi ilə bağlı bir çox yeniliklər nəzərdə tutulub: “İndiyə kimi övladlığa uşaq verilərkən əsasən valideynin uyğunluğu nəzərə alınırdı. Yeni qaydalarda isə nəzərdə tutulub ki, uşağın ehtiyaclarına uyğun valideyn seçilsin. Bundan əlavə, qurumlar arası münasibətlərin tənzimlənməsi əsas məsələlərdən biridir. Yeni qaydalara əsasən, qəyyumluq və himayə orqanları istər ölkədaxili, istərsə də ölkələrarası övladlıqda 18 yaşınadək uşaqları istənilən vaxt monitorinq edərək yoxlaya bilərlər. Bu vaxta kimi nəzərdə tuturduq ki, 3 il ərzində uşaqlarla bağlı hansısa hesabatlar verilsin. Amma indi 18 yaşına kimi istənilən vaxt bu hesabatları tələb edə biləcəyik”.