Azərbaycanda uşaqların sayı - Oğlanlar birincidir

azerbaycanda-usaqlarin-sayi-oglanlar-birincidir
Oxunma sayı: 948

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, hazırda Azərbaycanda 2032.4 min uşaq var. Onlardan 1082.2 min nəfəri oğlan, 950.2 nəfəri isə qızdır. Onların 10 faizini qaçqın və məcburi köçkün uşaqlar təşkil edir.
Bundan başqa, ölkəmizdə elə uşaqlar var ki, onların bəziləri hər iki valideynlərini itiriblər. 2012-ci il yanvar ayının 1-inə qədər yetim və valideyn himayəsindən məhrum olan uşaqların sayı 976 nəfərdir.