Azərbaycanda valyutadəyişmə məntəqələri yenidən açıla bilər

Azərbaycanda valyutadəyişmə məntəqələri yenidən açıla bilər
Oxunma sayı: 1274

Azərbaycanda fiziki və hüquqi şəxslərə valyutadəyişmə məntəqələri açmağa icazə verilməsi təklif olunur.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bununla bağlı “Valyuta tənzimi haqqında” qanuna müvafiq dəyişikliklər parlamentə təqdim edilib.

2016-cı ilin yanvarından bəri valyutadəyişmə məntəqələri yalnız banklar və poçt şöbələri nəzdində fəaliyyət göstərə bilər. Dəyişikliklərin qəbul olunacağı təqdirdə bu məntəqələri təkcə Azərbaycan rezidentləri yox, həm də xarici şirkətlər bu ölkədəki filiallarında aça bilər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi