“Azərbaycanda vəhabilərlə bağlı kəskin sənəd hazırlanır”- - QMİ

azerbaycanda-vehabilerle-bagli-keskin-sened-hazirlanir-
Oxunma sayı: 7208


“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Xeberdar.az” saytı  QMİ-nin sədr müavini, Bakı Islam Ünversitetinin rektoru,  Hacı Sabir Həsənli ilə əlaqə saxlayıb. Hacı Sabir açıqlamasında deyib: “Kimin bizə qarşı nə müsahibə verməsi ilə bağlı məlumatım yoxdu, amma baş verən son hadisələrlə bağlı  QMİ-si tərəfindən bir sənəd hazırlanır. Qeyd edim ki, son vaxtlar baş verən Suriya məsələləri, eyni zamanda vəhabilərlə bağlı çox kəskin bir sənəd hazırlanır. Gələn həftə bu sənəd KİV- nə təqdim olunacaq. Hal - hazırda bununla bağlı müəyyən işlər görülür.Bir daha deyirəm ki,  bu sənəd çox kəskin məzmuna  malik olacaq.”