“Azərbaycanda vicdan azadlığı pozulur”

azerbaycanda-vicdan-azadligi-pozulur
Oxunma sayı: 646

Məsələyə münasibət bildirən Ümid Partiyasının sədr müavini Ruslan İzzətli universitet rəhbərliyinin bu addımını pisləyib: “Universitet rəhbərliyi o zaman hicablı xanımlara universitetə buraxmaya bilər ki, o zaman vahid universitet geyimi olsun. Əks halda bu cür addımların atılması tələbələr arasında ayrı-seckilik yaradır. Təəssüflər ki, hakimiyyət xarici təsirləri nəzərə alaraq bu gün inanclı insanlara qarşı repressiv bir siyasət yürüdür. Bu doğru bir yanaşma deyil və vicdan azadlığın pozur. Hakimiyyət əgər xarici təhlükələrdən ölkəni qorumq istəyirsə ölkədə qeyri-qanuni fəaliyyət göstərən dini icmalara qarşı addım atsın. İnanclı insanlarla bu cür davranmaq hakimiyyət üçün müsbət imic yaratmır. Biz tələb edirik ki, universitetlərdə bu cür ayrı-seçkiliyə son qoyulsun”.