Azərbaycanda virtual animasiya muzeyi yaradılır

azerbaycanda-virtual-animasiya-muzeyi-yaradilir
Oxunma sayı: 2904

Azərbaycan İncəsənət Konsulluğu (“Arts Council Azerbaijan”) “Nazim Məmmədov adına Azərbaycan Virtual Animasiyası Muzeyi” adlı yeni layihəyə başlayır. Layihə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərtac-a "Arts Council Azerbaijan" təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

O bildirib ki, bu internet resurs özündə ötən əsrin 60-90-cı illərində Azərbaycan animasiya tarixi haqqında böyük məlumat bazasını əks etdirir. Layihə insanlarda nostalji hisslər oyadacaq. İnsanlar, eyni zamanda, "Cırtdanın yeni sərgüzəşti", "Pıspısa xanım və Siçan bəy", "Şah və xidmətçi", "Meşəyə insan gəlir", "Şahzadə-qara qızıl", "Göyçək Fatma" kimi sevimli cizgi filmlərini izləyə biləcəklər. Virtual muzey keçmiş cizgi filmlərinin ab-havasını hiss etməyə, Azərbaycan rejissorları barədə məlumat almağa, tarixi fotoları görməyə imkan verəcək.