Azərbaycanda xəstəxana yandı

azerbaycanda-xestexana-yandi
Oxunma sayı: 691

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 26-na keçən gecə Siyəzən şəhərində xəstəxananın yerləşdiyi ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsindəki 2 otağın yanar konstruksiyaları 36 kv.m sahədə və taxta konstruksiyadan ibarət dam örtüyü 18 kv.m sahədə yanıb. 4 nəfər tibb personalı yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mühasibat otağında olan sənədlər və binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.