Azərbaycanda Yapı Kredi Bankçılıq Akademiyası fəaliyyətə başlayıb

azerbaycanda-yapi-kredi-bankciliq-akademiyasi-fealiyyete-baslayib-
Oxunma sayı: 651

Bundan sonra “Yapı Kredi Bank Azərbaycan” QSC-nin əməkdaşları Akademiyanın “Yapı Kredi Bankı”ın strategiyasına uyğun işləyib hazırladığı qabaqcıl tədris proqramları ilə təhsil alacaqlar.

“Qafqazinfo”nun məlumatına görə, dünən bununla bağlı keçirilən təqdimatda “Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri Coşkun Bulak gələn ildən başlayaraq bankın daha da inkişaf etdiriləcəyini və əhatə dairəsinin genişləndiriləcəyini bildirib.

Tədbirdə Yapı Kredi Bankçılıq Akademiyasının geniş təqdimatı olub. “Yapı Kredi Bankı”ın İnsan resursları departamentinin rəhbəri Cihangir Kavuncu , “Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri Coşkun Bulak, Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev və Akademiyanın vitse-prezidenti Saynur Önen təqdimatla çıxış ediblər.

Sonra Türkiyədə təhsil almış və hazırda “Yapı Kredi Bank Azərbaycan”da işləyən Tərlan Baxşıyevə, Aydın Əliyevə və Aqşin İbişova Akademiyanın treninqini uğurla başa vurduqlarına görə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, hazırda Akademiya “Koç Holdinq”in maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərin 17 000 əməkdaşına, müştərilərinə və universitet tələbələrinə təhsil verməkdədir.

Nigar Məmmədli