Azərbaycanda yenə zəlzələ oldu

azerbaycanda-yene-zelzele-oldu
Oxunma sayı: 7555

Azərbaycanda 3,5 bal gücündə zəlzələ baş verib. 

“Qafqazinfo”nun AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.

Ocağı 24 km dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 3 bala qədər hiss olunub. 

Xatırladaq ki, noyabrın 15-də saat 23:48-də Ağdamda 5,7 bal gücündə zəlzələ olub.

***

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yeraltı təkanlar Ağdam rayonunun əksər kəndlərində hiss olunub. Rayon ərazisində dağıntı və tələfat barədə məlumat yoxdur.