Azərbaycanda yeni avtomobil zavodunun təməli qoyuldu - Foto

Azərbaycanda yeni avtomobil zavodunun təməli qoyuldu
Oxunma sayı: 5119

Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Rusiyanın birgə layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov iştirak edib.

Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 milyon manat təşkil edir. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq.

Zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək. Tikinti işlərinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Zavodda “Qazel”, “Qazel Biznes”, “Qazel Next” avtomobillərin modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi