Azərbaycanda yeni avtovağzal tikilir

azerbaycanda-yeni-avtovagzal-tikilir-
Oxunma sayı: 720

Gəncə şəhərində yeni beynəlxalq avtovağzal kompleksi tikilir.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Üçmərtəbəli avtovağzal üçün 5 hektar torpaq sahəsi ayrılıb. Kompleksdə sərnişinlərin rahatlığı üçün iaşə obyektləri, tibb məntəqəsi, ana və uşaq otaqları, ibadət otaqları fəaliyyət göstərəcək.

Layihədə 4 mərtəbəli mehmanxananın və ticarət mərkəzinin də tikintisi nəzərdə tutulub.