Azərbaycanda yeni bələdiyyələr yaradılır

azerbaycanda-yeni-belediyyeler-yaradilir
Oxunma sayı: 635

"Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin regional məsələlər komitəsinin iclasında məlumat verilib.

Komitə sədrinin müavini Fəttah Heydərov bildirib ki, yeni bələdiyyələr yeni yaradılacaq sahə inzibati dairələrində seçiləcək. Sahə inzibati ərazi dairələrində yeni bələdiyyələrin yaradılması qanunvericiliklə mümkündür. Əgər əhali tərəfindən belə bir təşəbbüs olarsa, bu məsələ öz müsbət həllini tapacaq.