Azərbaycanda yeni makaron markası yaradıldı - ODAD

Azərbaycanda yeni makaron markası yaradıldı
Oxunma sayı: 3060

Daim inkişaf edən və dəyişən “Delta Qrup C.O.” MMC hər keçən gün təkmilləşərək böyük təcrübə qabiliyyəti  ilə qısa müddətdə çox böyük nailiyyətlər əldə etməkdə davam edir. Şirkət daima Azərbaycanda yerli istehsalın inkişafına dəstək vermək üçün çalışır. İstehsalata yeni texnologiyalar əlavə etməklə daha keyfiyyətli və daha uğurlu məhsullar yaratmağa nail olub. 

“Qafqazinfo” xəbər verir ki, şirkət bu ilin sentyabr ayında öz portfelini genişləndirərək yeni ODAD brendinin makaronlarını bazara çıxarıb. ODAD brendi adı altında ilkin olaraq müxtəlif çeşidlərdə makaron istehsalı başlanılıb. Gələcəkdə isə bu brend adı altında dənli bitkilər,paxlalı bitkilər, un və s. məhsulların istehsalına da başlanılacaq. Məqsəd təkcə yerli bazar üçün yox həm də xarici ölkələrə ixrac edilə bilinəcək məhsullar, markalar yaratmaqdır.

Müasir bir dizayn ilə hazırlanan  “ODAD” markası boyasız və əlavəsiz yumşaq şüşəvari buğda irmiyi və əla növ unundan hazırlanan çeşidli makaronlarını sizlərə təqdim edir. 

Hal hazırda ODAD markası adı altında 500 qr və 5 kq olmaqla 9 müxtəlif çeşidli makaronlar istehsal edilir:

ODAD Vermişel Makaron

ODAD Burğu Makaron

ODAD Qələmkəsmə Makaron

ODAD Boruvari Makaron

ODAD Balıqqulağı Makaron

ODAD Çelentano Makaron

ODAD Dəvəboynu Makaron

ODAD Pipik Makaron

ODAD Spagetti Makaron

İnanırıq ki, yeni məhsullar dad və keyfiyyət olaraq ürəyinizcə olacaq.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi