Azərbaycanda yeni medal təsis edildi

Azərbaycanda yeni medal təsis edildi
Oxunma sayı: 1716

Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli Qanunu ilə “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsdiq edilib. 

“Qafqazinfo ”verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb:
 
Maddə 1. Təltif edilən şəxslər
 
“Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.
 
Maddə 2. Təltif edən orqan
 

“Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
 
Maddə 3. Taxılma qaydası
 
“Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi