Azərbaycanda yeni medal təsis edilir - Prezident təsdiqlədi

azerbaycanda-yeni-medal-tesis-edilir
Oxunma sayı: 2651

Prezident İlham Əliyev “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

“Qafqazinfo”nun məlumatına görə, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissədən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilir:

“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı.”.

Maddə 2. “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin.

Maddə 3. “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin.