Azərbaycanda yeni milyonçular meydana çıxa bilər

azerbaycanda-yeni-milyoncular-meydana-cixa-biler
Oxunma sayı: 644

Bu haqda SalamNews-a İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov məlumat verib. Onun sözlərinə görə, İKT sektorun bu seqmenti, xüsusən də internet sahəsində olan biznes yaxşı potensiala malikdir.

“İnternet-biznes baxımından son illər Azərbaycan bazarında sərmayələr internet-mediaya yönəlirdi, halbuki internet sahəsi daha genişdir və bu bazarın həcmi yaxın 5 il ərzində dəfələrlə arta bilər. Hazırda bazarda dəyəri bir milyon ABŞ dollarını keçən bir neçə internet-biznes mövcuddur və bu cür layihələrin sayı tədricən artacaq” - deyə ekspert qeyd edib.

İnvestorların marağına səbəb ola biləcək internet-layihəsinin yaradılması üçün ən optimal yol startaplar müsabiqəsində iştirakdır. Məhz bu cür müsabiqələr çərçivəsində gənç proqramçılardan ibarət olan komandalar öz ideyalarını və ya artıq fəaliyyət göstərən internet-layihələrini gözlənilən gəlirlər baxımından investorların marağına səbəb ola biləcək davamlı biznes-model üçün irəli sürə bilər. Misal üçün, bunu hazırda keçirilən “Startup Azerbaijan” müsabiqəsində etmək olar. İlk dəfə olaraq sözügedən müsabiqə bütün marağı olan tərəflərin, o cümlədən investor və mentorların cəlbi ilə tələb olunan standartlar üzrə keçirilir.

“Mövcud vəziyyətin təhlili göstərir ki, artıq Azərbaycanda perspektivli layihələrə bir milyon ABŞ dollaradək sərmayə yatırmağa hazır olan real investorlar var, ancaq bununla belə maraqlı layihələrin sayı çox azdır. Sadəcə istifadəçilərin maraqlarını cəlb etmək məqsədilə yüzlərlə saytların yaradılması dövrünü əhatə edən son 10-15 ilin “internet-idelizmi”ndən fərqli olaraq hazırkı mərhələdə vəziyyət tam başqadır – sayt və ya proqram real qazanmaq imkanına malik olmalıdır. Bunu isə azərbaycanlı startaperlər hələ öyrənməlidirlər” - deyə F.Kazımov bildirib.