Azərbaycanda yeni rayon yaradılır - Pirallahı

azerbaycanda-yeni-rayon-yaradilir-pirallahi
Oxunma sayı: 659

Prezident Administrasiyasından Milli Məclisə daxil olan layihəyə əsasən, yeni rayon Bakının Xəzər rayonunun Pirallahı qəsəbəsi, Çilov və Neft Daşları adalarının bazasında yaradılır. Rayonun 18 min əhalisi var. Bununla da paytaxt rayonlarının sayı 12-yə çatacaq.

Layihə Milli Məclisin regional məsələlər komitəsinin 14 dekabr iclasında müzakirə olunacaq.