“Azərbaycanda yeni zavodlar inşa olunacaq” - Rövnəq Abdullayev

azerbaycanda-yeni-zavodlar-insa-olunacaq-
Oxunma sayı: 1972


“Qafqazinfo” xəbər verir ki, «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev 2013-cü ilin yekunları ilə bağlı bu gün keçirilən tədbirdə bildirib: «Azərbaycanın gələcəyi qazla bağlıdır və ölkədəki qaz infrastrukturunu inkişaf etdirməliyik».

Onun sözlərinə görə, bu gün ARDNŞ Xəzər dənizindəki «Babək» və «Asiman» qaz yataqlarına satış üçün tərəfdaş axtarır: «Bu tərəfdaşlar tapılacaq. Bu tərəfdaşlar tapılmasa, bu qaz anbarlarının əhəmiyyəti olmaz».

ARDNŞ prezidenti Gürcüstan, Türkiyə, Rumıniya və İsveçrədə həyata keçirilən layihələr barədə də danışıb. Türkiyədə iki ildən sonra zavodun «Star» neft emalı zavodunun tikintisinin yekunlaşacağını vurğulayan şirkət rəhbəri ARDNŞ-in  Gürcüstanda ən böyük investor olduğunu qeyd edib.

«Gələn il Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını artıracağıq. İsveçrədə aldığımız yanacaqdoldurma məntəqələrinin rebrendinqini isə artıq yekunlaşdırmışıq. Məqsədimiz ölkəmizin adını daha da yüksəklərə qaldırmaqdır».

Rövnəq Abdullayev tədbirdə onuda bildirib ki, bu il Azərbaycanda benzinin istehsal həcmi istehlakla eyniləşib.

Onun sözlərinə görə, bu, Azərbaycanın inkişaf göstəricisidir: «Bu inkişaf nəticəsində ölkədə maşınların sayı artıb. Çalışacağıq ki, bu sahəni daha da inkişaf etdirək».

ARDNŞ prezidenti bildirib ki, gələn ilin ortalarında ilk qaz emalı zavodunun tikintisinə başlanılacaq. «Düşünürük ki, bu zavod 2018-ci ilə qədər tam hazır olacaq. 2015-ci ildən isə zavodların köçürülməsinə başlanacaq. Bu sahənin də üzərində ciddi iş gedir».

R.Abdullayev qeyd edib ki, Azərbaycanda Karbomid Zavodunun da tikilərək 33 aya təhvil verilməsi planlaşdırılır. Bu zavodun inşası ilə bağlı tenderin qalibi «Samsung» şirkəti olub. «Açar təhvilvermə» üsulu ilə həyata keçirilən bu layihə çərçivəsində inşaat işlərinə gələn ildən start veriləcək.