Azərbaycanda yük maşını minaya düşdü

azerbaycanda-yuk-masini-minaya-dusdu
Oxunma sayı: 1087


“Qafqazinfo” xəbər verir ki,ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə səhər saat 10 radələrində Örənqala adlanan ərazidə baş verib. 

Füzuli rayon Aşağıveysəlli kənd sakini Elşən Alıkişiyev Tapdıq oğlunun idarə etdiyi MAZ markalı yük maşını torpaq yolda minaya düşüb. Tank əleyhinə minanın partlaması nəticəsində avtomobilə ziyan dəysə də sürücü heç bir xəsarət almayıb. ANAMA-nın bölgədəki ofisindən verilən məlumata görə, əraziyə qurumun əməkdaşları da baxış keçiriblər. 

Əldə etdiyimiz məlumata görə həmin ərazidə əvvəllər mina insidenti qeydə alınmayıb. 1-ci Qarabağ müharibəsi zamanı bu ərazidə də döyüş əməliyyatları getdiyindən minanın da o zamandan qaldığı ehtimal edilir.