Azərbaycanda zəhərlənənlərin sayı artıb

azerbaycanda-zeherlenenlerin-sayi-artib
Oxunma sayı: 628

Bu barədə cümə günü Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsindən bildirilib.

Məlumata görə, bu hadisələr nəticəsində 1039 nəfər qidadan zəhərlənib. Zəhərlənmə hadisələrinin 14-ü botulizm hadisəsi olub. Bu hadisələrdən 19 nəfər zərər çəkib.

İyul ayı ərzində əhali arasında 114 qidadan zəhərlənmə hadisəsi baş verib, 127 nəfər zərərçəkən olub.

Qeyd edək ki, ötən ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 707 qida zəhərlənməsi hadisəsi baş vermişdi. Bu hadisələr nəticəsində 816 nəfər qidadan zəhərlənmişdi.