Azərbaycanda zəlzələ oldu - Yenilənib

azerbaycanda-zelzele-oldu
Oxunma sayı: 3250

Azərbaycanda zəlzələ olub.

"Qafqazinfo" Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, bu gün saat 13:06:11-də Balakən rayonu ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunub.

Zəlzələnin dərinliyi 5 km, maqnitudası 3.8 olub.

***

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya bildirib ki, zəlzələ Balakən-Zaqatala sərhədində baş verib.
 
"Zəlzələ hər iki bölgədə hiss edilib. İlkin olaraq episentrdə maqnitudası 3.8 olan 4 bal gücündə zəlzələ qeydə alınıb. Hazırda ərazidə proses gedir, afterşoklar davam edir.
 
Hələ ki, hiss edilən növbəti zəlzələ qeydə alınmayıb. Zəlzələ yer daxilində gedən proses olduğundan bundan sonra hansı gücdə zəlzələlərin olacağını demək olmaz. Ola bilsin, bundan da güclü olsun və ya əksinə, bu gün ocaqda proses sönə də bilər”.