Azərbaycandakı dilənçilik beynəlxalq hesabatda

azerbaycandaki-dilencilik-beynelxalq-hesabatda
Oxunma sayı: 1268



 “Qafqazinfo” xəbər verir ki, Dövlət Katibi Con Kerri (İAH) dünən keçirilən tədbirdə hesabatı geniş ictimaiyyətə təqdim edib. Artıq on üçüncü buraxılış olan bu ilin hesabatına 188 ölkə və ərazi haqqında məlumatlar daxil edilib.

ABŞ-ın Azərbaycandakı Missiyası insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi tərəqqi və bu ilin hesabatına əsasən ölkədəki vəziyyətin yaxşılaşdırılaraq 2-ci sıraya daxil edilməsi münasibətilə Azərbaycanı təbrik edib: “Bu tərəqqi, insan alverinin aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin üzvlərinin həyata keçirdikləri səylər nəticəsində əldə edilmişdir. Hesabatda qeyd edildiyi kimi, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində bundan sonra da, ciddi işlər görülməlidir. Birləşmiş Ştatlar bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə işləməyə davam edəcək”.

Bununla belə ABŞ-ın İnsan Alveri ilə bağlı hesabatında Azərbaycanın tranzit ölkə olması, qadın, kişi və uşaqların məcburi əmək və seksual istismara məruz qaldığı da qeyd edilib: “Azərbaycanlı kişi və oğlanlar Rusiya və Azərbaycanda icbari əməklə qarşılaşırlar. Bu ölkədən olan qadınlar və uşaqlar isə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İran, eləcə də öz ölkələrində seksual istismara məruz qalırlar. Türkiyə, Türkmənistan, Özbəkistan, Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan gələn bəzi işçi miqrantlar tikinti sənayesində məcburi əməklə üzləşirlər. Ölkə daxilində xüsusən də etnik qaraçı uşaqların dilənçiliklə məşğul olmağa vadar edilməsi əsas problemlərdən biri olaraq qalır”.

Hesabatda Azərbaycan hökumətinin insan alverinin aradan qaldırılması üçün minimum standartlara tam əməl etmədiyi, lakin bunu etmək üçün əhəmiyyətli səylər göstərdiyi vurğulanır: “Hesabat dövründə hökumət azərbaycanlıların əmək alverinə qarşı hüquq mühafizə orqanlarının səylərini artırdı, insan alveri qurbanlarının müdafiəsini və reinteqrasiya xidmətlərini təmin etməyi davam etdirdi, eyni zamanda insan alveri cinayətləri ilə bağlı maarifləndirməni artırdı...

Lakin hökumətin sistemli korrupsiyası hüquq mühafizə orqanlarının işinə mane olur və qurbanların müəəyn edilməsi səylərinin qarşısını alır”.