Azərbaycandakı Dünya Çempionatına bu yığmalar gələcək - Siyahı

azerbaycandaki-dunya-cempionatina-bu-yigmalar-gelecek-siyahi
Oxunma sayı: 632

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da İsveçrənin Nyon şəhərində keçirilmiş Danimarka – Almaniya və İsveçrə - Fransa oyunlarının nəticəsinə əsasən Almaniya və Fransa yığmaları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak hüququ qazanıblar.

Xatırladaq ki, startına 86 gün qalan çempionatda Azərbaycan yığması ev sahibi statusu ilə çıxış edəcək.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bütün iştirakçılarının siyahısını diqqətinizə çatdırırıq: Azərbaycan, Yaponiya, Çin, Şimali Koreya, Braziliya, Kolumbiya, Uruqvay, Qana, Qambiya, Nigeriya, Yeni Zelandiya, ABŞ, Kanada, Meksika, Almaniya, Fransa.