Azərbaycandakı Ukrayna Cəmiyyətinin konfransı keçirilib

azerbaycandaki-ukrayna-cemiyyetinin-konfransi-kecirilib
Oxunma sayı: 647

İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Azər Fərzəliyev, Ukrayna Cəmiyyətinin üzvləri, Azərbaycandakı Tatar cəmiyyətinin, Kazakların “Sodrucestvo” və digər cəmiyyətlərin rəhbərliyi və digər qonaqlar iştirak ediblər.
Cəmiyyətin sədri Aleksandr Zareçnıy konfransda məlumat verib ki, Azərbaycanda Ukrayna Cəmiyyəti 1 noyabr 1997-ci ildə təsis edilib, həmin ilin dekabrında isə Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib. Bu cəmiyyətin Azərbaycandakı fəaliyyətinin əsas məqsədi burada yaşayan bütün ukraynalıların yerli xalqlarla əməkdaşlıq etməsi, onlara sosial, mədəniyyət və təhsil sahələrində köməkliklərin göstərilməsi, Ukrayna xalqının adət-ənənə, dil və və mədəniyyətini qoruyub saxlamaqdır. Bundan əlavə, cəmiyyət, Azərbaycan və Ukrayna xalqları arasındakı əlaqələrin bütün sahələr üzrə daha da inkişaf etməsinə xidmət edir.
Konfransın gündəliyinə uyğun olaraq, tədbirin davamında Azərbaycandakı Ukrayna Cəmiyyətinin hesabatı dinlənilib, cəmiyyətin nizamnaməsində Azərbaycan qanunlarına uyğun olaraq dəyişikliklər edilib və təşkilatın rəhbər orqanlarına yeni tərkib seçilib.

Nigar Məmmədli