Azərbaycandan 1,15 milyon apararkən tutuldular

Azərbaycandan 1,15 milyon apararkən tutuldular
Oxunma sayı: 1341

Gömrük nəzarətindən gizlədilən 1 milyon 150 min Rusiya rublu aşkar edilib.

Qafqazinfo”nun Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Nəticədə həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1 milyon 150 min Rusiya rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi