Azərbaycandan Bolqarıstana - 12 bal

azerbaycandan-bolqaristana
Oxunma sayı: 683

Bir neçə həftə sonra Kiyevdə “Eurovision” mahnı müsabiqəsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, yarışma ilə bağlı ən böyük fan təşkilatlar və bukmeykerlər son proqnozlarını verməyə başlayıb. 
 
INFE-nin  (International Network of Fans of Eurovision / Eurovision Fanlarının Beynəlxalq Şəbəkəsi) Azərbaycan üzrə nümayəndəliyi də səsvermə nəticələrini açıqlayıb. 

INFE Azərbaycanın balları esctoday.com-da dərc edilib. 

Azərbaycanlı fanlar ən böyük balı (12 xal) Bolqarıstanın təmsilçisi Kristian Kostova verib. 

Təşkilat Estoniyaya 1 bal, Yunanıstana 2 bal, İsrailə 3 bal, Belarusa 4 bal, İtaliyaya 5 bal, Belçikaya 6 bal, İsveçə 7 bal, Latviyaya 8 bal, Polşaya 10 bal verib.