Azərbaycandan Ermənistana keçən 6 əcnəbi həbs olundu - Video

Azərbaycandan Ermənistana keçən 6 əcnəbi həbs olundu
Oxunma sayı: 2146

Azərbaycan tərəfdən Ermənistan sərhədini qeyri-qanuni yolla keçən 6 Banqladeş vətəndaşı həbs edilib. 

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə mayın 8-də gecə saatlarında baş verib.

Şübhəli şəxslər iş axtarmaq üçün İran ərazisi vasitəsilə Türkiyəyə yollanmaq istədiklərini, lakin yolu azaraq Ermənistana gəlib çıxdıqlarını bildiriblər.

Ermənistanın dövlət sərhədini qeyri-qanuni keçməkdə ittiham olunan Banqladeş vətəndaşları barəsində qətimkan tədbiri kimi həbs qərarı verilib.

Qeyd olunur ki, bu şəxslərin şəxsiyyətlərini öyrənmək və onların ifadələrinin etibarlılığını, sərhədlərin pozulmasının əsl səbəblərini və onların radikal və terrorist qruplarla əlaqəsini müəyyən etmək üçün əməliyyat-axtarış və istintaq hərəkətləri aparılır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi