Azərbaycandan İvanişvilinin təkzibinə - Reaksiya

azerbaycandan-ivanisvilinin-tekzibine-reaksiya
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İvanişvilinin Qarabağ haqqında bəyanatı təkzib etməsinə münasibət bildirərkən söyləyib.

Azay Quliyev bu təkzibin biabırçılıq olduğunu bildirib: "İvanişvilinin İrəvanda öz nazirinin Qarabağla bağlı verdiyi açıqlamasını təkzib etməsi Gürcüstan adına böyük bir biabırçılıq və ikiüzlülükdür".

Qeyd edək ki, Gürcüstan baş naziri Bidzina İvanişvili İrəvanda keçirilən mətbuat konfransında gürcü jurnalistin xarici işlər naziri Maya Pandjikidzenin Dağlıq Qarabağ bəyanatı ilə bağlı verdiyi sualdan qəzəblənib. bu məsələyə daha geniş formada toxunmaq istəmədiyini deyib.