Azərbaycandan kənara çıxa bilməyəcəklər

azerbaycandan-kenara-cixa-bilmeyecekler
Oxunma sayı: 644

“Qafqazinfo”nun Trendə istinadən verdiyi məlumata görə, Azərbaycanda məhkəmə qərarını icra etmədiyi üçün 800-ə yaxın borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Bu il icraata daxil olan işlərin sayı xeyli artaraq 130 mini ötüb. Görülən təsirli tədbirlər nəticəsində onların 80 faizdən çoxunun icrasına nail olunub.
Qanunvericiliyin tələblərini pozan və icradan qərəzli yayınan 1600 nəfər inzibati məsuliyyətə cəlb olunub, 180 şəxs barəsində cinayət işi başlanılıb və digər məcburiyyət tədbirləri tətbiq edilib.