Azərbaycandan Medvedyevin qərarına rəsmi reaksiya

azerbaycandan-medvedyevin-qerarina-resmi-reaksiya
Oxunma sayı: 635

“Qafqazinfo” «APA-Economics»ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. R.Abdullayev əlavə edib ki, sazişin Rusiya hökuməti tərəfindən ləğvi Azərbaycan üçün gözlənilməz olmayıb.

Qeyd edək ki, Rusiya hökuməti Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib. Qərar Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən mayın 5-də imzalanıb və dünən KİV-də dərc olunub.

Qərarla həmçinin Rusiya Xarici İşlər Nazirliyinə bununla bağlı Azərbaycan tərəfini məlumatlandırmaq tapşırığı verilib. Xatırladaq ki, Azərbaycan nefti Rusiya ərazisi ilə Bakı-Novorossiysk kəməri vasitəsilə nəql olunub.

Rusiyanın «Transneft» şirkətinin təmsilçisi İqor Dyomin bildirib ki, rəsmi Bakı «Rusiya və Azərbaycan arasında imzalanan Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə tranziti haqqında» hökumətlərarası sazişin şərtlərini son 5 ildə yerinə yetirməyib və sənəddə nəzərdə tutulandan 2 dəfə az neft tranzit edib.

Onun sözlərinə görə, sazişin şərtlərinə görə, Azərbaycan ildə 5 mln. ton neft tranzit etməli olsa da, faktiki olaraq 2 mln. ton neft tranzit edib: «Tranzitdən əldə olunan gəlirlər «Transneft»in neft boru sisteminin tələb olunan texnoloji vəziyyətdə saxlanmasına xərclənən vəsaitləri ödəmirdi. «Transneft» eyni zamanda icraçı olaraq sazişdə nəzərdə tutulan tariflərin parametrlərini də dəyişdirə bilmirdi. Çünki tarif parametrləri hökumətlərarası sazişlə müəyyənləşmişdi. Gələn ildən «Transnfet» şirkəti Azərbaycan neftini kommersiya müqaviləsi əsasında tranzit edəcək».