Azərbaycandan nə ixrac olunub?

azerbaycandan-ne-ixrac-olunub
Oxunma sayı: 2207

2018-ci ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 150 ölkədən idxal olunub.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 12068,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8213,3 milyon dollar, idxalın dəyəri 3855,3 milyon dollar təşkil edib. 

2017-ci ilin yanvar-may  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,4 faiz, real ifadədə isə 3,1 faiz, o cümlədən ixrac 2,8 faiz, idxal 3,8 faiz artıb.

İxracın 22,4 faizini İtaliyaya, 8,3 faizini İsrailə, 7,6 faizini Türkiyəyə, 5,8 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,8 faizini Kanadaya, 4,4 faizini  Almaniyaya, 4,0 faizini Çexiyaya, hər biri 3,4 faiz olmaqla Gürcüstan və Rusiyaya, 3,2 faizini Portuqaliyaya, 3,0 faizini Hindistana, 2,7 faizini ABŞ-a, hər biri 2,5 faiz olmaqla Fransa və İspaniyaya, qalan 16,7  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,8 faizi Türkiyə, 10,2 faizi Çin, 7,6 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3,0 faizi İran, 2,7 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.