Azərbaycandan Norveçə başsağlığı

azerbaycandan-norvece-bassagligi-
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, ADP bu hadisəni cəmiyyət qanunları ilə bir araya sığmayan, cəngəllik qanunları əsasında həyata keçirilən bir terror aktı kimi qiymətləndirib. ADP bu faciənin təkcə Norveç xalqının deyil, bütün insanlığın faciəsi olduğunu, eyni zamanda Norveç xalqına qarşı törədilən bu terror aktını bütün bəşəriyyət əleyhinə yönəlmiş bir terror aktı olduğunu bir daha bəyan edib. Partiya
Azərbaycan xalqının da terrordan əziyyət çəkdiyini qeyd edərək, buna qarşı dünya xalqlarının birgə mübarizə aparmasının vacibliyini bir daha diqqətə çatdırıb: “ADP beynəlxalq gücləri və dünyanın tərəqqipərvər qüvvələrini insanlığın və demokratiyanın əleyhinə yönəlmiş bu terror aktından ciddi nəticə çıxarmağa və Norveç xalqının timsalında bütün bəşəriyyəti təhdid altında saxlayan bu cür qanlı olayların baş verməməsi üçün preventiv addımlar atmağa və qətliamı törədən cinayətkarların cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırır”.


Fatimə Kərimli