“Azərbaycandan təklif almışam” - “Qarabağ”a qol vuran futbolçu

“Azərbaycandan təklif almışam”
Oxunma sayı: 1900

Qazaxıstanın "Tobol" klubunun futbolçusu Eqon Vux Azərbaycandan təklif alması ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yarımmüdafiəçi Çexiya mətbuatına verdiyi müsahibədə bildirib. 26 yaşlı oyunçu təklif aldığı komandanın adını açıqlamayıb:
 
"Azərbaycandan və Özbəkistandan təklif almışam. Amma hələ burada qalmağa qərar vermişəm. Hələ klubumla bir illik müqaviləm var. Görək, vəziyyət necə olacaq. İstərdim ki, "Astana" və ya "Kayrat"da çıxış edim".
 
Qeyd edək ki, Vux bu yay "Viktoriya"dan "Tobol"a keçib. O, 2016/17 mövsümündə icarə əsasında "Slovan"da (Liberets) keçirib. Vux həmin mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la cavab matçında (3:0) komandasının ilk qolunu vurmuşdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi