“Azərbaycandan təklif almışam” - Rüstemoviç

azerbaycandan-teklif-almisam
Oxunma sayı: 1280

2017-ci ilin sonlarında Türkiyənin I Liqasında mübarizə aparan “Adana Dəmirspor”dan ayrılan bosniya və herseqovinalı futbolçus Edin Rüstəmoviç Azərbaycandan təklif aldığı haqda məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, ölkəsinin mətbuatına danışan 25 yaşlı yarımmüdafiəçi təklif aldığı komandanın adını açıqlamayıb: “Bosniya və Herseqovina klubları ilə də danışıqlar aparıram. Ancaq Azərbaycan və Qazaxıstandan iki cəlbedici təklif aldım. Bu həftə qərar verəcəm. Legioner həyatına davam edəcəyim real görünür. Amma seçim etmək çətindir”.

Rüstəmoviç ölkəsinin “Drina Zvornik” klubunun yetirməsidir. 2017-ci ilin yayında Bosniya və Herseqovinanın “Sarayevo” klubundan “Adana Dəmirspor”a keçən yarımmüdafiəçi, oktyabr ayında I Liqa klubundan ayrılıb.