Azərbaycandan Türkiyəyə 6 ayda gedən xəstə sayı - 1 ayda azı 1000 nəfər

azerbaycandan-turkiyeye-6-ayda-geden-xeste-sayi
Oxunma sayı: 2272

Türkiyə Səhiyyə Nazirliyi 2018-ci il üzrə tibbi turizmə dair statistikanı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ilin 6 aylıq dövrünü əhatə edən rəqəmlərə əsasən, bu il Türkiyəyə ən çox xəstə İraqdan (9 min 474) və Azərbaycandan (7 min 883) gedib.

Qonşu ölkəyə hər hansı səbəblə müvəqqəti gedən turistlər arasında isə həkimə müxtəlif səbəblərdən müraciət edənlər arasında azərbaycanlılar üstünlük təşkil edib. Onların sayı 11 min 673 nəfər təşkil edib.