Azərbaycandan türkmənlərə yardım karvanı - - Fotolar

azerbaycandan-turkmenlere-yardim-karvani-
Oxunma sayı: 2522


“Halk Tv”də yayımlanan reportajdan sonra məlum olub ki, öz yurdlarından didərgin düşərək İraqın Ərbil şəhərində məskunlaşan türkmənlərə Azərbaycandan “Azərsun Holdinq” tərəfindən böyük yardım karvanı göndərilib. Ötən  həftənin sonu ünvana yetişən məhsulların paylanılması artıq dünən yekunlaşıb. Şirkət tərəfindən göndərilən yardımlar Ərbil, Mosul, Təlafer, Sincar və digər yaşayış məntəqələrinə də dağıdılıb. Bundan əlavə, əldə olunan məlumatlara əsasən Abdolbari Goozal müharibə zamanı atasını və anasını itirmiş bir azyaşlı türkman əsilli uşağı da şəxsi himayəsinə götürüb. Məlumatları dəqiqləşdirmək üçün “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin rəhbəri Afiq Səfərov ilə əlaqə saxladıq. O, da öz növbəsində bir daha qeyd etdi ki, təmsil etdiyi şirkət etdiyi yardımları PR üçün istifadə etmir və məlumatımızın doğru olduğunu təsdiqlədi. Həmçinin Afiq Səfərov qeyd etdi ki, “Azərsun Holdinq” yardım edərkən insanları milli, dini və digər mənsubiyyətlərinhə görə biri birindən ayırmır. O, vurğulayıb ki, bu yardımdan türkmanlarla bərabər xristian icması və digər icmalar da yararlanıb.

Zəruri məhsulların ehtiyacı olan insanlara paylanılmasında şəxsən iştirak edən Ərbilin türkman millət vəkili Aydın Maruf belə bir çətin məqamda onlara yardım əlini uzadan Azərbaycana və “Azərsun Holdinq”ə öz minnətdarlığını bildirib. Şirkətin İraq təmsilçisi isə türkmanların yalnız olmadığını və onlara gələcəkdə də  hər cür yardımın göstəriləcəyini söyləyib.

Qeyd edək ki, “Azərsun Holdinq” müxtəlif vaxtlarda Türkiyədə, İranda, Çində, Somalidə, Gürcüstanda və digər ölkələrdə təbii fəlakətlərdən və başqa bəlalardan əziyyət çəkmiş insanlara köməklik göstərərək onlara yardım əlini uzadıb