Azərbaycandan Xankəndi aeroportu ilə bağlı daha bir - Cavab

azerbaycandan-xankendi-aeroportu-ile-bagli-daha-bir-cavab
Oxunma sayı: 839

Bunu SalamNews-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “Ermənistan tərəfindən Xankəndidə inşa edilən hava limanı bu ilin əvvəllərindən ilk texniki uçuşlarını həyata keçirməyə başlayacaqmı?” sualına cavabında bildirib.

O deyib ki, məsələ ilə bağlı Azərbaycan tərəfinin hər zaman mövqeyi aydın şəkildə vurğulanıb: “Ermənistanın bu cür hərəkəti rəsmi İrəvan tərəfindən təxribatdır. Bu cür təxribatların qarşısı Azərbaycan tərəfindən, beynəlxalq qanunvericiliyə əsasən, alınacaq. Azərbaycan bu məsələni müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən həmsədr ölkələrin qarşısında qaldırıb. Həmsədr ölkələrdən tələb olunub ki, bu məsələ rəsmi İrəvan qarşısında qaldırılsın, onu bu cür təxribatlardan çəkindirsin”.

XİN rəsmisi vurğulayıb ki, Ermənistan tərəfindən atılan bu cür təxribat xarakterli addımlar işğalın konsolidasiyasına yönəlib. Hesab edirik ki, Azərbaycan heç zaman Ermənistan tərəfindən bu cür qanunsuz hərəkətlərin baş tutmasına yol verməyəcək: “Əvvəllər qeyd etdiyimiz kimi, bunun bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür. Bu cür təxribat xarakterli addımlar atmaqla rəsmi İrəvan əvvəlcə regionu təhlükəli istiqamətə sürükləyir, Minsk qrupunun fəaliyyətinə zərbə vurur, digər tərəfdən isə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara mənfi təsir göstərir”.