Azərbaycanı bu qız təmsil edəcək

Azərbaycanı bu qız təmsil edəcək
Oxunma sayı: 4741

Gürcüstanın Batumi şəhərində qızlar və oğlanlar arasında “Miss & Mister Planet - 2017” beynəlxalq gözəllik müsabiqəsi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, ötənilki uğurlu nəticələrə görə bu dəfə ölkəmizə 3 iştirakçı ilə təmsil olunmaq hüququ verilib. Belə ki, adıçəkilən müsabiqədə Azərbaycanı Günel Məmmədova, Fəxri Qasımov və Elşad Məhərrəmov təmsil edəcək. 

Günel Məmmədova “Miss & Mister Azerbaijan - 2016” model müsabiqəsində “II Vice Miss Azerbaijan” seçilib. Digər təmsilçimiz Fəxri Qasımov “Özünə bax” zövq yarışmasının qalibi olub. Elşad Məhərrəmov isə aktyor kimi seriallara çəkilir. 

Qeyd edək ki, “Miss & Mister Planet – 2017” beynəlxəlq müsabiqəsinin milli direktoru Aqil Məmiyevdir. Müsabiqə 11-17 sentyabr tarixləri arasında keçiriləcək

 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi