“Azərbaycanı çox parçalamaq istəyiblər” – - Kamal Abdulla

azerbaycani-cox-parcalamaq-isteyibler-
Oxunma sayı: 1476



“Qafqazinfo” xəbər verir ki, bu sözləri millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla QMİ-də keçirilən tədbirdə deyib. O vurğulayıb ki, Azərbaycan dünyaya tolerant ölkə kimi, öz səsi, öz sözü, siyasi iradəsi olan prezidenti ilə daxil olursa, bunu əsası Heydər Əliyevin əsasını qoyduğu Azərbaycandan gəlir: “Azərbaycanı çox parçalamaq istəyiblər, alınmayıb, bu gün də bu istək alınmayacaq. Biz gənclərimizi qorumalıyıq. Onlar məktəbdən sonra müxtəlif yollara gedərsə, onları qorumalıyq. Biz onları göydə Allahın, yerdə dövlətin qəzəbinə gələnə qədər qorumalıyıq. Onları təmiz dini əqidələr üzərində böyüyüb, böyütmək və formalaşdırmaq hamımızın borcudur. Güman edirəm ki, bu çox tarixi bir gün tarixi bir hadisədir. Bu layihənin reallaşdırması misli görünməmiş işdir. Siz də bu tədibirin ilkin iştirakçısı kimi böyük şərəfə nail olmusuz”. 
K.Abdulla din kurslarından danışarkən qeyd edib ki, iştirakçılar üçün lazımı şərait yaradılıb: “Dərlsərin keçiriləcəyi yerə baxdım, QMİ-yə yaratdığı şərait üçün təşəkkür edirəm. Arzum ondan ibarətdir ki, hamımız İlham Əliyevin ətrafında sıx birləşək . Onun arzusu Azərbaycanı güclü və varlı görməkdir. Məscidlərimizin, şeyximizin, insanlarımızın ürəyindəki Allah eşqini güclü görməkdir. Məscdilərimizi gəzirdim, bir çox problemlər var, başa düşürük bunu. Qeydiyyata alınma ilə bağlı problemlər var, onlar da sistemli şəkildə həll olunacaq. Gələcəyimiz üçün əl ələ verib çalışmalyıq”. 
K. Abdulla deyib: “Bu gün Azərbaycan dəyişir. Yollarımız, çəhərlərimiz evlərimiz dəyişir. Bununla yanaşı Azərbaycan insanı dəyişir, dindarı dəyişir. Azərbaycan cəmiyyəti daxilən dəyişir, intellektual tərəfdən dəyişir və bu gün vətən eşqi ilə yaşayan insana çevrilir”.

Günel