“Azərbaycanı istəməyənlər ölüblər” – Əhmədinejad

azerbaycani-istemeyenler-olubler-ehmedinejad
Oxunma sayı: 637

“Qafqazinfo” “Media forum”a istinadən xəbər verir ki, Təbrizin “Təxti” stadionunda bir sıra tərəfdarları qarşısında çıxış edən Əhmədinejad Azərbaycanı İranın fəxri adlandırıb: “Azərbaycanlılar zəkalı və tarixdə kökü olan insanlardır. Azərbaycanlılar tarix boyu İran xalqının izzət, şərəf, mədəniyyət və başucalığını qoruyublar. Bu yurdun insanları həmişə istibdad və müstəmləkəçiliyə qarşı mübarizənin qabaqcılları olmaqla yanaşı həm də insanlıq və bəşəriyyətin yüksəlməsi uğrunda hərəkətin öncülləri olublar. Azərbaycan qeyrət və şərəf paytaxtı, İran xalqının başucalığının mərkəzidir.
Bu yurdun yüksək iradəli zəhmətkeş və mömin insanları tarix boyu çoxlu alim, ədib, mücahid və böyük qəhrəmanlar yetişdirərək İran xalqına töhfə verib. Azərbaycan İranın iftixarıdır və İran xalqı Azərbaycanla fəxr edir”.
Əhmədinejad daha sonra Azərbaycan türkcəsində bunları deyib: “Sizin mənim qəlbimdə yeriniz var. Azərbaycanı istəməyənlər ölüblər. Azərbaycan var olsun, cavanları sağ olsun”.