Azərbaycanı Qlobal Konfransda o təmsil edir - Foto

azerbaycani-qlobal-konfransda-o-temsil-edir
Oxunma sayı: 1650

Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının Baş katibi Aytən Əliyeva Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin Davamlı İnkişaf üçün Fəaliyyət üzrə Qlobal Konfransında iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, tədbir BMT-nin İqtisadi və Sosial Şurası yanında BMT Davamlı İnkişaf Məqsədləri üzrə Fəaliyyət kampaniyası, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən 21-23 mart tarixlərində keçirilir.

Tədbirin məqsədi Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, Davamlı inkişafa nail olmaq üçün əməkdaşlıq, uğurlu layihə və təcrübələrin bölüşülməsidir.

Tədbirdə 100-dən artıq ölkədən siyasətçilər, gənc fəallar, BMT-nin rəsmiləri və QHT-nın nümayəndələri iştirak edir. Yüksək səviyyəli plenar sessiya, işçi qruplarda görüşlər, əməkdaşlıq sessiyaları, sosial tədbirlər formatında keçirilən tədbirdə Aytən Əliyeva da çıxış edib.

O, "Hər bir uşağın təhlükəsiz və sağlam həyat yaşamaq hüququ var" adlı sessiyada çıxış edərək təhlükəsiz və sağlam gələcək üçün müharibə və konfliktlərə son qoymaq lazım olduğunu deyib.

A.Əliyeva ölkəsinin müharibə şəraitində olduğunu, konfliktdən azyaşlı uşaqların zərər gördüyünü və bu vəziyyətin yalnız ölkəsi deyil, regionun davamlı və inkluziv inkişafına mane olduğunu qeyd edib.

BMT-nin 17 İnkişaf məqsədindən 16-nın əhəmiyyətini vurğulayıb. Bildirib ki, bunlar Davamlı İnkişaf üçün Sülh, Ədalət və Güclü İnstitutlardır.