Azərbaycanın 2 trilyon kubmetr qaz ehtiyatı var

azerbaycanin-2-trilyon-kubmetr-qaz-ehtiyati-var
Oxunma sayı: 640

SalamNews xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse- prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakıda keçirilən II Beynəlxalq neft-qaz konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yeni qaz yataqlarının aşkarlanması ölkəmizin qaz idaxal edən ölkədən qaz ixrac edən ölkəyə çevirib.

O deyib: “1991-2011-ci il ilərdə yeni kəşf edilmiş yataqlar, o cümlədən Azəri-Çıraq-Günəş yatağı ilə birilikdə hazırda Azərbaycanın 2 mlrd. 775 milyon ton karbohidrogen ehtiyatları mövcuddur. Həmçinin Azərbaycanda dəqiqləşdirilib ki, çıxarıla bilən neft kondinsat ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 2 trilyon 550 milyard kubmetrdir”.

X.Yusifzadə vurğulayıb ki, hazırda proqnozlaşdırmalara əsasən, neft kondensat ehtiyatı 2 milyard tondan çox, qaz ehtiyatı isə 3 trilyon 450 milyard kubmetr həcmindədir. Ümumi karbohidrogen ehtiyatları isə 10 mlrd. ton şərti yanacaq həcmində qiymətləndirilir.